RU

ABŞ Nigeriyada əməliyyat keçirdi: 175 terrorçu öldürüldü

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Nigeriya ordusu ilə ABŞ Afrika Komandanlığının birgə keçirdiyi hava əməliyyatında İŞİD-in Qərbi Afrika qolu olan Qərbi Afrika İslam Dövləti terror təşkilatına ağır zərbə endirilib.

Bakupost.az xəbər verir ki, əməliyyat zamanı 175 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Nigeriya Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat zamanı terror təşkilatının liderlərindən Əbu Bilal əl-Minuki və Əbd əl-Vahhab da öldürülüb. Əməliyyatlar zamanı nə ABŞ, nə də Nigeriya ordusundan itki olmayıb.

Röya Rizvanzadə, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
www.bakupost.az

1Источники