RU

Bu qərar Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarına göstərdiyi diqqətin növbəti təzahürüdür

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakı-Tbilisi-Bakı qatar reysinin yenidən fəaliyyətə başlaması regionda əməkdaşlığın gücləndiyini göstərən mühüm addımlardan biri hesab olunur. Bu reysin bərpası Azərbaycan dövlətinin siyasi iradəsi və Gürcüstanla formalaşmış strateji dostluq münasibətlərinin nəticəsi kimi qiymətləndirilir. Uzun fasilədən sonra nəqliyyat əlaqələrinin yenidən açılması həm turizm, həm iqtisadi münasibətlər, həm də insanlar arasında gediş-gəliş baxımından yeni imkanlar yaradır.Mövzu ilə bağlı danışan deputat Müşfiq Məmmədli Demokrat.az-a bildirib ki, pandemiya dövründə dayandırılmış Bakı–Tbilisi–Bakı qatar reysinin yenidən bərpa olunması yalnız nəqliyyat əlaqələrinin bərpası deyil, eyni zamanda Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın, qarşılıqlı etimadın və regional əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm addımdır."Azərbaycan və Gürcüstan uzun illərdir enerji, nəqliyyat, logistika və iqtisadi əməkdaşlıq sahələrində region üçün nümunə hesab olunan münasibətlər formalaşdırıblar. Bakı–Tbilisi–Qars dəmir yolu, enerji layihələri və Orta Dəhlizin inkişafı iki ölkənin tərəfdaşlığının strateji xarakter daşıdığını göstərir. Bu baxımdan sərnişin qatar reyslərinin yenidən fəaliyyətə başlaması münasibətlərin humanitar və sosial aspektlərini də gücləndirəcək.Xüsusilə Gürcüstanda yaşayan soydaşlarımız üçün bu qərarın böyük əhəmiyyəti var. İllərdir insanlar ailə əlaqələri, təhsil, müalicə, işgüzar səfərlər və digər sosial ehtiyaclarla bağlı daha əlçatan nəqliyyat imkanlarını gözləyirdilər. Qatar reysinin bərpası onların Azərbaycana gediş-gəlişini asanlaşdıracaq, ailə bağlarının möhkəmlənməsinə və sosial inteqrasiyanın genişlənməsinə müsbət təsir göstərəcək".Deputat deyib ki, bu addım turizm sektorunun canlanmasına, qarşılıqlı səfərlərin artmasına, kiçik və orta sahibkarlıq əlaqələrinin genişlənməsinə, ümumilikdə iqtisadi aktivliyin yüksəlməsinə əlavə töhfə verə bilər:"Nəqliyyat əlaqələrinin genişlənməsi hər zaman regionlar arasında iqtisadi və mədəni yaxınlaşmanı sürətləndirən amillərdən biri olub. Mən hesab edirəm ki, bu qərar həm də Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarına göstərdiyi diqqətin növbəti təzahürüdür. Xaricdə yaşayan azərbaycanlıların vətənlə əlaqələrinin möhkəmləndirilməsi milli həmrəyliyin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, Bakı–Tbilisi–Bakı qatar reysinin bərpası təkcə nəqliyyat məsələsi deyil, regional əməkdaşlığın dərinləşməsinə, insanlar arasında münasibətlərin genişlənməsinə və Azərbaycan–Gürcüstan dostluğunun daha da möhkəmlənməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilməlidir".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
demokrat.az

1Источники