RU

Natali Mens Trampı təhqir etdi: "Demokratiyamız gözümüzün qarşısında yox olur" - FOTO

"The Chicks" əfsanəvi kantri qrupunun üzvü Natali Mens ABŞ Prezidenti Donald Trampın ünvanına kəskin tənqidlər səsləndirib.

Bizim.Media xəbər verir ki, 51 yaşlı müğənni "Instagram" hesabında etdiyi paylaşımda 79 yaşlı Trampı "çirkin fahişə" (orijinalda "Mean Girls" filmindən sitat gətirilərək — “fugly slut”) adlandırıb və ABŞ demokratiyasının təhlükədə olduğunu bildirib.
 

N.Mens musiqi dünyasında "ləğv mədəniyyəti"nin (cancel culture) ilk və ən tanınmış qurbanlarından biri hesab olunur. Onun bu emosional çıxışı 23 il əvvəl səhnədə baş vermiş məşhur hadisəni xatırladıb. Belə ki, 2003-cü ildə o, rəhbərlik etdiyi qrupun (o vaxtlar "The Dixie Chicks" kimi tanınırdı) Prezident kiçik Corc Buş administrasiyasının İraqa hücumundan utandığını bəyan etmişdi. Həmin siyasi bəyanat trioun minlərlə kantri radiostansiyasının "qara siyahı"sına düşməsinə və ifaçıların ölüm təhdidləri almasına səbəb olmuşdu.


Müğənni budəfəki paylaşımına Trampın rəsmi portretini əlavə edib və fotoşəkilin altında bu sözləri yazıb: "Demokratiyamız gözümüzün qarşısında yox olur. Bu çirkin fahişə sizin benzin pullarınızdan Kapitoli hücumunun iştirakçılarına ödəniş etmək üçün istifadə edir. Amma siz narahat olmayın, əminəm ki, selfi paylaşmaq hər şeyi mütləq düzəldəcək".

Mens həmçinin iddia edib ki, Trampın ünvanına bənzər təhqirlər yazdığı əvvəlki paylaşımı sosial şəbəkə tərəfindən silinib: "Onu çirkin fahişə adlandırdığım keçmiş postumu sildilər. Baxaq görək bu biri nə qədər tab gətirəcək".

Sonda ifaçı izləyicilərini bu mesajı daha çox yaymağa çağırıb və paylaşımına "demokratiya", "söz azadlığı" kimi həştəqlər əlavə edib.



Bizim.Media

Избранный
29
1
bizim.media

2Источники