RU

Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apelyasiya Məhkəməsinin müraciətinə baxılıb

Bakı, 20 may, AZƏRTAC

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci və Cinayət-Prosessual Məcəllənin 449.3.3-cü maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 11-nə təyin edilmiş iclasında baxılacaq.

Избранный
3
4
azertag.az

10Источники