Bakı, 14 may, AZƏRTAC
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 192, 262, 264 və 539-cu maddələrinin şərh edilməsinə dair Cəbrayıl Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 5-nə təyin edilmiş iclasında baxılacaq.