RU

Dünya İB məktəbinin şagirdi Eyyub Əli beynəlxalq olimpiadanın qalibi oldu –FOTO

Dünya İB məktəbinin V sinif şagirdi Eyyub Əli beynəlxalq “International Space Olympiad” yarışında yüksək nəticə göstərərək “Certificate of Excellence” mükafatına layiq görülüb.

Bizim.Media xəbər verir ki, Eyyub üç mərhələdən ibarət beynəlxalq imtahanları uğurla keçərək, minlərlə iştirakçı arasında fərqlənib. O, Azərbaycandan qaliblər siyahısına düşən yeganə şagird olub.

Xatırladaq ki, bu, Eyyub Əlinin beynəlxalq bilik yarışlarında əldə etdiyi ilk uğuru deyil. O, 2025-ci ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Future Intelligence Students Olympiad” (FISO) müsabiqəsində ingilis dili fənni üzrə qızıl medal qazanmışdı.



Bizim.Media

Избранный
7
1
bizim.media

10Источники