AZ

Bu gün 5 ölkənin boykot etdiyi "Eurovision"un finalıdır-QALMAQAL

Məlumatlara görə, müsabiqənin qalibi musiqi yarışmasından çıxarılması tələb olunan İsrail elan olunacaq

Bu gün, mayın 16-da Vyanada “Eurovision”un finalı keçiriləcək.Məlumdur ki, Azərbaycan "Eurovision 2026" mahnı müsabiqəsindəki çıxışını ikinci yarımfinalda başa vurub. Ölkəmizin təmsilçisi JIVA "Just Go" mahnısını ilə müsabiqənin finalına vəsiqə qazana bilməyib.
ЗрителиBu müsabiqə ildən-ilə daha çox səs-küy yaradır, lakin bu səs-küy artıq musiqi ilə bağlı deyil. Bu il yarışmanı birdən-birə beş iştirakçı ölkə boykot edir — səbəb isə təşkilatçıların Rusiyanın 2022-ci ildə kənarlaşdırılmasına bənzər şəkildə İsraili diskvalifikasiya etməkdən imtina etməsidir. Üstəlik, festivalın keçirilməsi davamlı kütləvi etirazlarla müşayiət olunur.
Belə görünməmiş parçalanma və siyasətləşmə fonunda yarışmanın gələcəyi getdikcə daha qeyri-müəyyən görünür. Digər tərəfdən, onun keçmişinə baxdıqda aydın olur ki, “Eurovision” ətrafındakı siyasi mübahisələrin tarixi demək olar ki, müsabiqənin özü qədər qədimdir. Musavat.com xəbər verir ki, “Novaya-Europe” nəşri final ərəfəsi müsabiqə haqda yazıb.
ПредставительницаBildirilir ki, mayın 15-də Avstriyada müsabiqənin keçiriləcəyi arenanı yaxınlığında İsrailin iştirakına etiraz olaraq böyük etiraz keçirilib. İlk belə aksiya mayın 11-də — açılış mərasimindən və ilk yarımfinaldan əvvəl baş tutmuşdu. İsrailin bu ilki təmsilçisi Noam Betan otelə və konsert zalına problemsiz çatsa da, yarımfinal zamanı fitə basılıb. Bu isə onun finala çıxmasına mane olmayıb. Bukmeykerlər onu Finlandiya, Yunanıstan, Danimarka və Avstraliya ilə birlikdə favoritlərdən biri hesab edir. Betan jurnalistlərə bildirib ki, o, çıxışını məhz fit səsləri altında məşq edib.
Əgər İsrail qalib gəlsə, bu, böyük ehtimalla Avropadakı diasporanın aktiv səsverməsi hesabına olacaq. 2024 və 2025-ci illərdə İsrail tamaşaçılardan müvafiq olaraq 323 və 297 bal alıb, münsiflərdən isə cəmi 52 və 60 bal. Nəticədə ötən il ikinci, 2024-də isə beşinci olub. Bu il təşkilatçılar İsrailin münsiflərin əksinə qalib gəlməsini çətinləşdirmək üçün bir nömrədən göndərilə bilən SMS sayını 20-dən 10-a endiriblər.
Nəşr yazır ki, “Eurovision” tarixində heç vaxt bir ölkənin iştirakı səbəbilə bu qədər kütləvi boykot olmayıb. İspaniya, İslandiya, İrlandiya, Sloveniya və Niderland müsabiqədən imtina edib. Onlardan üçü hətta yayımı belə göstərməyəcək — bu isə qaydalara görə növbəti il iştirak hüququnun itirilməsi deməkdir.Bu, yarışma üçün ciddi zərbədir.
Зрителиİspaniya “European Broadcasting Union”nun əsas maliyyəçilərindən olan “böyük beşlik” ölkələrindən biridir (İtaliya, Fransa, Böyük Britaniya və Almaniya ilə birlikdə). İrlandiya və Niderland isə tarixən güclü iştirakçı ölkələrdir və reytinqlərin böyük hissəsini təmin edirlər.
İsrailə qarşı təzyiq 2024-cü ildən başlayıb. Həmin il ölkəni təmsil edən Eden Golan “October Rain” mahnısını bir neçə dəfə dəyişməyə məcbur olub və nəticədə “Hurricane” adı ilə təqdim edib. 2025-ci ildə isə İsrail Yuval Rafael ilə çıxış edib — o, əvvəlki ildə baş verən hadisələri şəxsən yaşamışdı. Təhlükəsizlik səbəbilə o, yalnız otel və səhnə arasında ciddi mühafizə ilə hərəkət edirdi.
“Amnesty International” belə tmüsabiqənin əşkilatçılarını “ikili standartlar”da ittiham edib. Təşkilatın rəhbəri Aqnes Kallamar İsraillə bağlı rədd qərarını “qorxaqlıq” və “insanlığa xəyanət” adlandırıb.Eyni zamanda bəzi ölkələr — xüsusilə Almaniya — İsrail yarışmadan çıxarılarsa, özlərinin də müsabiqəni tərk edəcəyini bildiriblər.

Digər problem isə “qonşu səsverməsi”dir — ölkələr tez-tez siyasi və ya regional yaxınlığa görə bir-birinə yüksək bal verirlər. Bu hal illərdir müsabiqənin obyektivliyini şübhə altına alır.
“Eurovision” siyasətdən uzaq olmaq istəsə də, bu, mümkün deyil. Çünki bu yarışmada fərdi ifaçılar deyil, dövlətlər yarışır. Müsabiqə əslində “yumşaq güc” alətidir — ölkələr burada öz imiclərini formalaşdırmağa çalışırlar. Gələcəkdə siyasətin bu platformada daha da artacağı ehtimalı böyükdür.

Musavat.com

Seçilən
5
13
musavat.com

10Mənbələr