RU

Dünyanın diqqəti Bakıda: Şəhərsalma forumuna axın artır – VİDEO

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası artıq dördüncü gününə qədəm qoyub. Forum çərçivəsində bu gün də müxtəlif tədbirlər, debatlar və beynəlxalq müzakirələr təşkil olunur.

KONKRET.az xəbər verir ki, tədbirə maraq hər ötən gün daha da artır. Xüsusilə, forum çərçivəsində fəaliyyət göstərən ekspo sərgisi iştirakçıların diqqət mərkəzindədir. Burada müxtəlif ölkələrin mədəniyyəti, şəhərsalma ənənələri və innovativ layihələri nümayiş etdirilir.

Sərgini ziyarət edənlər dünya şəhərlərinin inkişaf modelləri ilə yaxından tanış olmaq imkanı qazanırlar.

Məlumat üçün bildirək ki, paytaxt sakinlərinin və xarici qonaqların artan marağı nəzərə alınaraq forum üçün yenidən qeydiyyat prosesinə start verilib.

Hazırda qeydiyyat bölmələrində intensivlik müşahidə olunur. Şəhər sakinləri və turistlər forum tədbirlərini izləmək üçün kütləvi şəkildə qeydiyyatdan keçirlər.

Forum həm canlı formatda, həm də onlayn şəkildə yayımlanır.

Forum zamanı Bakıya olan böyük axın tədbirin yüksək səviyyədə təşkil olunduğunu və Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini bir daha sübuta yetirir. Artan maraq həm forumun nüfuzunun, həm də ölkəmizin qlobal platformalarda rolunun göstəricisi kimi qiymətləndirilir.

Xatırladaq ki, forum mayın 22-dək davam edəcək.

Natiq Səlim
KONKRET.az

Избранный
23
konkret.az

1Источники