RU

Qlobal bazarda neft ucuzlaşır – SON QİYMƏT

Qlobal bazarda neftin ucuzlaşması müşahidə olunub.

Editor.az  xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında iyul ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 0.53 dollar (0.48%) azalaraq bir barel üçün 110.75 dollara düşüb. Əvvəlki sessiyada “Brent” markalı neftin qiyməti 0.82 dollar (0.73%) enərək bir barel üçün 111.28 dollar olmuşdu.

Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.47 dollar (0.45%) azalaraq bir barel üçün 103.68 dollara düşüb. Əvvəlki sessiyada WTI markalı xam neft 0.23 dollar (0.22%) ucuzlaşaraq bir barel üçün 104.15 dollar olmuşdu.

Избранный
8
editor.az

1Источники