RU

NATO ölkəsi Ukrayna savaşına qoşulur? Moskva hərəkətə keçə bilər

ain.az bildirir, Turkstan.az portalına istinadən.

“Moskvanın əsas məqsədi Kiyevi qabaqlamaq olmalıdır”.

Turkustan.az xəbər verir ki, bunu hərbi eksperti Yuri Knutov deyib.

Onun sözlərinə görə, bunun üçün Ukraynadakı hərbi infrastruktur obyektlərinə zərbələr endirilməli, həmçinin Latviya ərazisində olduğu iddia edilən bazalar hədəfə alınmalıdır.

Knutov hesab edir ki, Rusiya Odessa limanlarına və logistika xətlərinə qarşı hücumları da gücləndirməlidir:

“Körpülər, limanlar və yüklərin daşındığı marşrutlar sıradan çıxarılmalıdır ki, Ukraynaya silah və texnika daşınması çətinləşsin”.

Ekspertin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin uzaqmənzilli hücum planları ilə bağlı açıqlaması Rusiya cəmiyyətində təşviş yaratmağa hesablanıb.

O iddia edib ki, Kiyev bununla Moskvanı öz şərtləri ilə sülhə məcbur etməyə çalışır.

Qeyd edək ki, bunda əvvəl Zelenski iyun ayı üçün “uzaqmənzilli planları” təsdiqlədiyini açıqlamışdı.

Ukrayna lideri may ayında həyata keçirilən hücumların “güc nümayiş etdirdiyini” bildirmişdi.

Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Ukraynanın Latviyadan istifadə edərək Rusiyaya qarşı pilotsuz aparat hücumları hazırladığını iddia edib.

Latviya isə bu məlumatları “yalan və təxribat xarakterli” adlandıraraq rəsmən etiraz notası təqdim edib. /globalinfo.az/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
10
icma.az

10Источники