RU

Kişinyovda tarixi mərkəzin bərpası üzrə irimiqyaslı layihə həyata keçirilir

Kişinyov hakimiyyəti şəhərin tarixi mərkəzinin bərpası və vahid şəhərsalma sisteminin yaradılması üzrə irimiqyaslı layihə həyata keçirir.Missiya.Az "Report" xəbər verir ki, bu barədə Kişinyov bələdiyyəsinin nümayəndəsi Bakıda WUF13-dəki panel müzakirəsi zamanı bildirib.Onun sözlərinə görə, layihə Moldova paytaxtının tarixi mərkəzində təxminən 700 hektar sahəsi olan ərazini əhatə edir."Bu, tarixi irsə malik nəhəng bir ərazidir, buna görə də onun planlaşdırılması və inkişafı çox mürəkkəb bir məsələdir", - o qeyd edib.Bələdiyyə nümayəndəsi bildirib ki, Kişinyovun baş planı hələ 2007-ci ildə, torpaqdan istifadə qaydaları isə 2008-ci ildə hazırlanıb."Bu sənədlər ərazinin inkişafı üzrə zonal planın və nəqliyyat sxeminin hazırlanmasını da nəzərdə tuturdu", - o bildirib.Onun sözlərinə görə, iki il əvvəl hakimiyyət şəhərin tarixi mərkəzinin zonal planının, eləcə də müfəssəl tarixi-memarlıq dayaq planının hazırlanmasına başlayıb."Biz yerli əhəmiyyətli minə yaxın abidəni və obyekti öyrənməli, fotoqeydiyyat aparmalı və arxiv materiallarını təhlil etməli olduq", - Kişinyovun nümayəndəsi vurğulayıb.O qeyd edib ki, bütün materiallar artıq rəqəmsallaşdırılıb və növbəti mərhələ mühafizə zonalarının müəyyən edilməsi və onların qorunması qaydalarının işlənib hazırlanması olacaq.Paralel olaraq, şəhər rəhbərliyi Kişinyovun yeni baş planı üzərində işləyir ki, onun da hazırlanmasına ötən il başlanılıb."Bizim vəzifəmiz baş planı, nəqliyyat planını və tarixi mərkəzin inkişafı üzrə sənədləri bir-biri ilə uzlaşdırmaqdır", - bələdiyyə nümayəndəsi bildirib.Bundan əlavə, UN-Habitat ilə birlikdə mobillik və nəqliyyat planlaşdırılması ilə bağlı ayrı bir layihə həyata keçirilir.Onun sözlərinə görə, layihə çox iddialıdır, lakin Kişinyov rəhbərliyi onun uğurla həyata keçiriləcəyinə əmindir.

Избранный
6
missiya.az

1Источники