RU

“Ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edən tədbirlər keçirilməlidir” - ŞƏRH EDİLDİ

Ümundünya Şəhərsalma Forumunda Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər, iştirakçılar və geniş ictimaiyyət tərəfindən maraqla qarşılandı. Xüsusilə, Bakı şəhərində qədim memarlıq irsi ilə müasir şəhərsalmanın sintezi, Şərqlə Qərb memarlığının uzlaşdırılması harmoniya təşkil edir. Bir tərəfdə orta əsrlərə aid “ İçərişəhər Dövlət qoruğu” , digər tərəfdə “Heydər Əliyev” mərkəzi, “Alov qüllələri”, “Seebriz”, çoxsaylı inzibati və yaşayış binaları kimi, ən müasir, unikal memarlıq nümunələrini göstərmək olar.

Bu sözləri SİA-ya açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.

O bildirib ki, bunlar arasında balansı qorumaq üçün əsas prioritetlər nələr olmalıdır sualına gəldikdə isə, hesab edirəm ki, ilk növbədə peşəkarlıq, vətənpərvər olmaq, vətənini, tarixini, mədəniyyətini sevmək lazımdır. Qloballaşan dünyada, ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edən tədbirlər keçirilməli, layihələr icra olunmalıdır. Tarixi memarlıq abidələri restovrasiya olunmalı, şəhərsalmada ən yeni innovativ metodlardan istifadə olunmalı, təhlükəsiz, ekoloji cəhətdən yaşıl şəhər konsepsiyalarına üstünlük verilməlidir:

“Bütün bu keyfiyyətlərin Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə aparılan qədim Şuşanın bərpasında, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Kəlbəcərin yeni şəhərsalma layihələrində görmək mümkündür”.

Ayşən Vəli

Избранный
32
1
sia.az

2Источники