RU

Odri Azuleyə "Xoca Əhməd Yasəvi" medalı veriləcək

Yazını böyüt
Yazını kiçilt

Astanada keçirilən Qızıl Orda beynəlxalq simpozium çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən UNESCO-nun keçmiş baş direktoru Odri Azuleyə “Xoca Əhməd Yasəvi" ordenininin verilməsi təklif olunub.

Bu barədə Prezident simpoziumun plenar iclasında bildirib: "Qazaxıstanın irsinə sadiqliyinin rəmzi olaraq Əl-Fərabi və Xoca Əhməd Yasəvi" ordenləri təsis edilib. Bu yüksək dövlət mükafatları elm, maarifçilik və mənəviyyatın inkişafına böyük töhfə verən şəxslərə, o cümlədən xarici alimlərə, siyasi və ictimai xadimlərə təqdim ediləcəkdir". Prezident bildirib ki, "Xoca Əhməd Yasəvi" medalının ilk sahibi bir neçə gün əvvəl Qazaxıstana dövlət səfəri etmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub: "Bu gün isə ikinci ordeni UNESCO-nun keçmiş baş direktoru Odre Azule xanıma təqdim etməyi təklif etdim. O, bu ordeni qəbul etməyə razılıq verdi. Bununla  ümumi tarixi taleyə malik xalqların gələcəyi naminə intellektual əməyin və yaradıcı əməkdaşlığın müstəsna əhəmiyyətini vurğulayırıq".

Mükafat Azulenin Böyük Çölün tarixi-mədəni irsinin, o cümlədən Xoca Əhməd Yasəvi Məqbərəsi kimi mühüm abidələrin qorunmasına verdiyi töhfəyə görə nəzərdə tutulub.

Xatırladaq ki, bu orden Qazaxıstan Prezidenti tərəfindən təsis edilib və onun ilk sahibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Ərdoğan Türk dünyasına liderliyi səbəbilə bu mükafata layiq görülən ilk dövlət başçısı kimi tarixə düşüb.

Избранный
4
hafta.az

1Источники