ABŞ prezidenti Donald Tramp iyun ayında Fransada keçiriləcək G7 liderlərinin görüşündə iştirak edəcək.
Musavat.com xəbər verir ki, məlumatı Axios Ağ Ev sözçüsünə istinadən yayıb.
Bildirilir ki, ABŞ prezidenti görüşdə süni intellekt, ticarət və cinayətkarlığın qarşısının alınması məsələlərini müzakirə edəcək.
Portalın mənbəyinə görə, görüş heç bir faktiki razılaşmanın imzalanmasına səbəb olmayacaq, gələcək razılaşmaların hansılara əsaslana biləcəyi barədə konsensusa nail olmağı hədəfləyəcək. Mənbə bildirib ki, Tramp əsasən biznes məsələlərini müzakirə etmək istəyir. Xüsusilə, o, ABŞ-da hazırlanmış süni intellekt alətlərinin tətbiqinin təşviqi, Çinin əsas mineral təchizat zəncirlərində təsirini azaltmaq üçün razılaşma, narkotik qaçaqmalçılığı və qanunsuz immiqrasiya ilə mübarizə və Amerika ixracatının təşviqi məsələlərini müzakirə etmək niyyətindədir.
Görüş 15-17 iyun tarixlərində Fransanın cənub-şərqindəki Evian-le-Ben şəhərində keçiriləcək.
Musavat.com