RU

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qlobal fond bazarlarında əsas indekslər son 24 saatda fərqli istiqamətdə dəyişib.

APA-Economics” xəbər verir ki, ABŞ fond bazarlarında əsas indekslər üzrə əsasən mənfi dinamika müşahidə olunub. Dow Jones indeksi 0,65% azalaraq 49 363,88 bəndə enib. S&P 500 indeksi 0,67% geriləyərək 7 353,61 bənd təşkil edib. Nasdaq Composite indeksi 0,84% azalaraq 25 870,71 bəndə, NYSE Composite indeksi isə 0,45% azalaraq 22 797,68 bəndə düşüb. Kanada fond bazarında S&P/TSX Composite indeksi də 0,27% azalaraq 33 741,24 bənd olub.

Avropa fond bazarlarında qarışıq dinamika qeydə alınıb. Euro Stoxx 50 indeksi 0,04% artaraq 5 851,16 bəndə yüksəlib. FTSE 100 indeksi 0,07% artaraq 10 330,55 bəndə, DAX indeksi isə 0,38% artaraq 24 400,65 bəndə çatıb.

Asiya-Sakit okean regionu fond bazarlarında da qarışıq dinamika müşahidə olunub. Nikkei 225 indeksi 0,43% azalaraq 60 555,00 bəndə düşüb. TOPIX indeksi 0,59% artaraq 3 849,02 bəndə, Hang Seng indeksi 0,39% bahalaşaraq 25 774,26 bənd yüksəlib.

Избранный
3
9
apa.az

10Источники