RU

WUF13-ün üçüncü gününə yekun vuruldu -VİDEO

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) üçüncü gününə yekun vurulub.

 

Senzor.az bildirir ki, bu gün müxtəlif mövzularda müzakirələr aparılıb, problemlərlə bağlı həll yolları təklif olunub.

 

Belə ki, forum çərçivəsində "Şəhərlər bağlantının mərkəzində: Yenidənqurma və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiya keçirilib. Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış ediblər.

 

Bundan başqa, "Xəzər regionunda iqlimədavamlı şəhərlər və icmalar: Şəhər uyğunlaşması üçün şaquli iqlim maliyyələşdirilməsi" mövzusunda yüksəksəviyyəli dialoq baş tutub. Rəsmilər Xəzər dənizi ilə bağlı problemləri səsləndirib, eyni zamanda həll yolları təklif olunub.

 

Tədbir çərçivəsində keçirilən konfransların biri də "Münaqişə və həssas şəraitdə şəhər həlləri vasitəsilə sülhyönümlü iqlim fəaliyyəti" mövzusunda olub.

 

Ümumilikdə gün ərzində müxtəlif mövzularda təlim, konfrans və xüsusi sessiyalar baş tutub.

 

Forum öz işini sabah da davam etdirəcək.

 

Xatırladaq ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

 

"Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.

Избранный
2
2
senzor.az

3Источники