AZ

WUF13-ün üçüncü gününə yekun vuruldu

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) üçüncü gününə yekun vurulub.

Publika.az xəbər verir ki, bu gün müxtəlif mövzularda müzakirələr aparılıb, problemlərlə bağlı həll yolları təklif olunub.

Gün ərzində ümumilikdə 160-dan çox tədbirin keçirilməsi nəzərdə keçirilib.

Forum çərçivəsində "Şəhərlər bağlantının mərkəzində: Yenidənqurma və regional əməkdaşlıq" mövzusunda xüsusi sessiya baş tutub. Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış ediblər.

Bundan başqa, "Xəzər regionunda iqlimədavamlı şəhərlər və icmalar: Şəhər uyğunlaşması üçün şaquli iqlim maliyyələşdirilməsi" mövzusunda yüksəksəviyyəli dialoq baş tutub. Rəsmilər Xəzər dənizi ilə bağlı problemləri səsləndirib, eyni zamanda həll yolları təklif olunub.

Seçilən
0
1
publika.az

2Mənbələr