RU

Qax, Zaqatala, Qəbələ və Ağstafanın bəzi ərazilərində qaz olmayacaq

ain.az bildirir, Ayna portalına istinadən.

Qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır

Bu gün saat 10:00-dan etibarən Qax şəhərinin və rayonun Qaxbaş, Qaxingiloy, Ağçay, İlisu, Əlibəyli, Alatəmir, Meşəbaş və Əmircan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

Həmçinin təmir-quraşdırma işləri ilə əlaqədar olaraq Zaqatala rayonu Danaçı kəndinin qaz təchizatı da saat 10:00-dan etibarən dayandırılacaq.

Həmçinin Qəbələ rayonu, Nic qəsəbəsi, Mirzəbəyli, Daşca, Mıxlıqovdaq, Yemişənli, Zarağan kəndləri ərazisində sabah saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

Şəmkir Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə isə bu gün saat 09:30-dan Ağstafa rayonunun Yuxarı Göycəli, Tatlı, Köhnə Qışlaq kəndlərinin və Tovuz rayonunun Aşağı Quşçu kəndinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
2
ayna.az

3Источники