RU

"Yaradıcı sənaye şəhərin ayrılmaz hissəsi olmalıdır" - Rəşad Əzizov

Bunu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Baş direktoruRəşad ƏzizovWUF13 çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı panel sessiyada deyib.

O bildirib ki, studiyalar, media laboratoriyaları, emalatxanalar, istehsal məkanları, yaradıcı guşələr və ictimai məkanlar mədəni iqtisadiyyatın iş məkanları kimi şəhərsalma və şəhər inkişafı proseslərinin ayrılmaz hissəsi olmalıdır.

“UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi Azərbaycan üçün yalnız beynəlxalq tanınma deyil, həm də icra, monitorinq, müqayisəli qiymətləndirmə, təcrübə mübadiləsi və yaradıcı icmaların dayanıqlı inkişafını dəstəkləyən işlək mexanizm olmalıdır”, - deyə R.Əzizov qeyd edib.
Избранный
21
2
azvision.az

3Источники