RU

Gənclər 700 800 manat gəlirlə gələcək qurmaq istəmir

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Dövlət sektoruna marağın azalması son illər cəmiyyətin diqqət çəkən əsas sosial-iqtisadi tendensiyalarından birinə çevrilib. Xüsusilə gənclər arasında seçim meyarlarının dəyişməsi bu prosesə daha da təkan verir. Mövzu əmək bazarındakı dəyişikliklər, gəlir gözləntiləri və karyera perspektivləri fonunda daha aydın görünür.Məsələ ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, dövlət işi aktual məsələdir və bu sahəyə marağın azalması müşahidə olunur:"Azalmanın həm obyektiv, həm də subyektiv səbəbləri var. Əsas motivlər əməkhaqqı, karyera imkanları və inkişaf perspektivləri ilə bağlıdır. Son dövrlərdə dövlət sektorunda irəliləyişin çətinləşməsi, maaşların orta və aşağı səviyyədə qalması, bir sıra vəzifələrdə yüksəliş imkanlarının məhdudluğu bu vəziyyəti formalaşdıran əsas amillərdəndir.Gənclər daha çox xarici və özəl şirkətlərdə, sosial sahibkarlıqda və iqtisadi fəaliyyətin çevik sahələrində işləməyə üstünlük verirlər. Bu başa düşüləndir, çünki hər bir gənc daha uğurlu və perspektivli şərtlərlə əmək fəaliyyətinə başlamaq istəyir. Dövlət işinə maraq tamamilə azalmayıb, əsasən aşağı ödənişli və məhdud perspektivli vəzifələrə maraq zəifləyib. Uzun prosedurlardan keçərək 700–800 manatlıq gəlirlə gələcəyini qurmaq bir çox gənc üçün cazibədar görünmür".O deyib ki, insanlar bu gəlirlə ev sahibi olmağın və uzunmüddətli sabit həyat qurmağın çətin olduğunu görürlər:"Bu səbəbdən gənclər daha çox texnologiya yönümlü sahələrə, rahat və gəlirli fəaliyyətlərə üstünlük verirlər. Xüsusilə təlimçilik, onlayn ticarət, kriptovalyuta və süni intellekt əsaslı işlər daha çox maraq doğurur. Gənclər texnologiyanın yaratdığı imkanlarla daha çox qazanmağa çalışır və gələcəkdə ənənəvi işlərin bir qisminin avtomatlaşacağını düşünürlər.Dövlət işi və dövlət strukturlarında işləmək hədəflər arasında qalır, lakin bir çox gənc bu yükü tam üzərinə götürməyə tələsmir. Bu tendensiya qlobal inkişaf meylləri ilə bağlıdır. Bu, dövlət maraqlarına qarşı mövqe deyil, yeni reallığa uyğunlaşma davranışıdır. Ona görə də dövlət siyasəti gəncləri bu sahəyə cəlb etmək üçün daha kreativ, gəlirli və perspektivli imkanlar yaratmalı, real nəticələrlə bunu təsdiqləməlidir.Əks halda, gənclərin istiqaməti texnologiya və azad fəaliyyət sahələrinə yönələcək. Ənənəvi səbəblər dəyişməyib: insanlar həm karyera irəliləyişi, həm də maddi təminat gözləyir. Bu gözləntilər qarşılanmadıqda maraq azalır.Digər tərəfdən, dövlət strukturlarında yaşlı nəslin üstün mövqeyi də gənclərin motivasiyasına təsir edir. Gənclərin idarəetmədə geniş təmsil olunmaması bəzi hallarda marağı azaldır. Bəzi gənclər daha çox sahibkarlıq və sərbəst fəaliyyətə üstünlük verirlər. Bu proses ümumilikdə idarəolunan tendensiyadır, lakin arzu olunan səviyyədə deyil. Gənclərin fəallığını artırmaq üçün effektiv addımların atılması vacibdir",- deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
16
demokrat.az

10Источники