RU

Liverpul Universitetinin professoru: Əsas məqsəd insanların mənzil təminatı zamanı çətinliklərlə qarşılaşmasının qarşısını almaqdır

Bakı, 19 may, AZƏRTAC

Mənzil təminatı yalnız tikinti prosesi deyil, kompleks yanaşma tələb edən mühüm sosial-iqtisadi məsələdir. Bu sahədə həm satış və tikinti mərhələləri, həm də sonrakı sosial və iqtisadi təsirlər diqqətlə nəzərə alınmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF 13) çərçivəsində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) “World Cities Report 2026” adlı hesabatının təqdimatında Böyük Britaniyanın Liverpul Universitetinin professoru Taibat Lawanson deyib.

“Biz mənzil təminatına bütöv bir proses kimi baxmalıyıq. Mənzillər elə şəkildə təmin olunmalıdır ki, insanlar sonradan məcburi köçürülmə və digər çətinliklərlə üzləşməsinlər. Bunun üçün şəhərlərin inkişaf parametrləri nəzərə alınmalı, yerli və bələdiyyə orqanları isə imkanları düzgün prioritetləşdirməlidirlər. Əsas məqsəd insanların mənzil təminatı zamanı çətinliklərlə qarşılaşmasının qarşısını almaqdır”, - deyə o əlavə edib.

 

Müxbirlər- Günel Türksoy, Günel Alıyeva
Fotoqraf- İlkin Cavanşirov
Избранный
21
2
azertag.az

3Источники