Aktual.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.
Beləliklə, Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə 381 (2024-cü ildə 325) qısamüddətli, 52 (2024-cü ildə 34) uzunmüddətli olmaqla, ümumilikdə 433 (2024-cü ildə 359) mühafizə orderi icraatda olub. Onlardan 402-si (2024-cü ildə 338-i) qadınlar, 31-i (2024-cü ildə 21-i) kişilər barədə verilib. 217 (2024-cü ildə 190) mühafizə orderinin icrası təmin olunaraq icraatlarına xitam verilib, 20 (2024-cü ildə 12) mühafizə orderinin icraatına digər əsaslarla xitam verilib. 35 (2024-cü ildə 28) mühafizə orderi "İcra haqqında” qanunun 7-ci və 9-cu maddələri ilə geri qaytarılıb, 4 (2024-cü ildə 0) mühafizə orderi "İcra haqqında” qanunun 23.1.1-ci maddə si ilə geri qaytarılıb. 4-ü (2024-cü ildə 18) ərazi aidiyyəti üzrə göndərilib, 153 (2024-cü ildə 111) mühafizə orderi növbəti hesabat dövrünə qalıq keçib.
Mühafizə orderinin icrası ilə bağlı icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə məhkəmə tərəfindən 1 borclu barəsində inzibati həbs seçilib. Uzunmüddətli mühafizə orderi üzrə isə məhkəmə qərarlarının icra edilməməsinə görə borclular barədə cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı təqdimat verilməyib.