RU

Hikmət Hacıyev: "Azərbaycan bundan sonra da mötəbər tədbirlərin keçirildiyi məkan olacaq"

"Azərbaycan qlobal tədbirlərin keçirildiyi məkandır. Ölkəmizdə mötəbər tədbirlər mütəmadi əsasla keçirilir". 

Bunu "Cebheinfo.az"-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, COP29 kimi və bu qəbildın beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir:

"Bundan sonra da Azərbaycan beynəlxalq ictimaiyyətdə bu qəbildən olan mötəbər tədbirlərin keçirildiyi məkan kimi işini davam etdirəcək". 

Избранный
4
1
cebheinfo.az

2Источники