"Azərbaycan qlobal tədbirlərin keçirildiyi məkandır. Ölkəmizdə mötəbər tədbirlər mütəmadi əsasla keçirilir".
Bunu "Cebheinfo.az"-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, COP29 kimi və bu qəbildın beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir:
"Bundan sonra da Azərbaycan beynəlxalq ictimaiyyətdə bu qəbildən olan mötəbər tədbirlərin keçirildiyi məkan kimi işini davam etdirəcək".