RU

Məşhur boksçu avtobus sürücüsü döydü - HƏBS EDİLDİ

Antalyanın Serik rayonunda litvalı boksçu ilə tur avtobusunun sürücüsü arasında baş verən dava gündəm olub. Litvalı idmançının telefonunu enerji yığma cihazına qoşmadığı üçün sürücüyə hücum etdiyi iddia edilir.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə mayın 15-də Serikin Kadriye məhəlləsində qeydə alınıb.

Litvalı boksçu Robertas Kotaš-ı hoteldən Antalya istiqamətinə aparan sürücüsü Mehmet Özkan yolda hücuma məruz qalıb.

İddialara görə, Robertas Kotaş telefonunun şarj cihazına qoşulmamasına əsəbiləşərək sürücüyə yumruq zərbələri endirib. Hücum zamanı Mehmet Özkan hərəkətdə olan avtomobili çətinliklə saxlaya bilib.

Ağır zərbələr alan sürücünün bir müddət huşunu itirdiyi bildirilib. Hadisə yerinə gələn şəxslər litvalı boksçunu saxlayaraq polisə təhvil veriblər.

Təcili yardım briqadası tərəfindən ilkin yardım göstərilən Mehmet Özkan daha sonra xəstəxanaya aparılıb. Müayinələr zamanı onun sol göz nahiyəsində, başında, qabırğalarında və bədəninin müxtəlif hissələrində xəsarətlər aşkar edilib.

Müalicədən sonra sürücü Robertas Kotaşdan şikayətçi olub. Antalyada bir hoteldə istirahətdə olduğu müəyyən edilən litvalı boksçu Serik Respublika Prokurorluğunun göstərişi ilə saxlanılıb.

Hazırda polis bölməsində araşdırmaların davam etdiyi bildirilib.

Избранный
3
18
musavat.com

10Источники