RU

WUF13-ün Azərbaycan pavilyonu - REPORTAJ, FOTOLAR

Mayın 18-də Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb.

Sərginin ən böyük milli pavilyonu olan Azərbaycan pavilyonu 1500 kvadrat metr sahəni əhatə edir və ölkənin müasir şəhərsalma, eləcə də dayanıqlı inkişaf yanaşmalarını nümayiş etdirir.

Pavilyon dünya şöhrətli memar Zaha Hadidin yaratdığı Heydər Əliyev Mərkəzinin memarlıq konsepsiyasının elementləri nəzərə alınaraq hazırlanıb.
Azərbaycan pavilyonunun qalereya məkanında ölkənin şəhərsalma layihələri, İçərişəhərin zəngin mədəni irsi, ekoloji təşəbbüslər, turizm potensialı və memarlıq nümunələri nümayiş etdirilir.

Pavilyonda həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi yenidənqurma və müasir şəhərsalma yanaşmaları, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, eləcə də regionun yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işlər nümayiş etdirilir.
WUF13 tədbiri ərzində pavilyonun tədbirlər proqramına “Bakı Baş Planı 2040”, enerji sistemlərinin rəqəmsal transformasiyası, miqrasiya və şəhər idarəçiliyi, eləcə də urbanizasiya və iqlim gündəliyi üzrə müxtəlif sessiyalar və yüksəksəviyyəli dialoqlar daxildir.

Musavat.com-un əməkdaşı Azərbaycan pavilyonundan maraqlı kadrlar lentə alıb.

Nigar Həsənli
Musavat.com

Избранный
7
10
musavat.com

10Источники