RU

Aygün Əliyeva: İnklüziv cəmiyyətin formalaşmasında vətəndaş cəmiyyəti institutlarının iştirakı xüsusilə mühüm rol oynayır

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbərin mətni

Müasir dövrdə şəhər inkişafının keyfiyyətini müəyyən edən əsas göstəricilərdən biri onun inklüzivlik səviyyəsi, yəni hər bir fərd üçün bərabər imkanların və maneəsiz mühitin təmin edilməsidir. İnklüzivlik cəmiyyətin bütün üzvlərinin, xüsusilə həssas qrupların sosial, iqtisadi və ictimai proseslərdə bərabər hüquq və imkanlarla iştirakını təmin edən fundamental prinsip kimi çıxış edir. Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyi tərəfindən “Əlilliyi olan insanlar üçün inklüziv şəhərlər və müstəqil həyat” mövzusunda keçirilən beynəlxalq təlimdə çıxış edərkən deyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
icma.az

3Источники