RU

Xamenei ABŞ-nin təhdidlərinə CAVAB VERDİ

İranın ali rəhbəri Müctəba Xamenei ABŞ-nin hərbi zərbə hədələrinə reaksiya verərək Tehranın qarşıdurma zonasını genişləndirməyə hazır olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat İran ali rəhbərinin rəsmi "Telegram" kanalında dərc olunub.

"Düşmənin zəif və lazımi təcrübəyə malik olmadığı cəbhələrin açılması istiqamətində işlər görülüb. Əgər hərbi vəziyyət davam edərsə, tərəfimizin maraqlarından çıxış edərək, bu əlavə cəbhələr açılacaq", - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Trampın İranla bağlı planları məlum olub. Bildirilirdi ki, əgər Tehran yaxın günlərdə münaqişənin nizamlanması üzrə danışıqlarda güzəştə getməyə hazır olduğunu nümayiş etdirməsə, Ağ Ev rəhbəri İrana qarşı hərbi əməliyyatların bərpa olunması imkanlarını nəzərdən keçirir.

Musavat.com

Избранный
18
2
musavat.com

3Источники