RU

Abdel Mutaleb Yaghi: Dünya bu gün böyük çağırışlarla üz-üzədir

Dünya bu gün böyük çağırışlarla üz-üzədir. Münaqişələr, iqtisadi böhranlar, məcburi köçkünlük və sürətli sosial dəyişikliklər mövcuddur. Bu çətinliklər içərisində əlilliyi olan şəxslər çox vaxt cəmiyyətlərdə ədalətsizlik və kənarlaşdırılma ilə ilk qarşılaşan insanlar olurlar.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu İordaniyanın "I am Human" Əlilliyi olan Şəxslərin Hüquqları Cəmiyyətinin rəhbəri Asia Abdel Mutaleb Yaghi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) III günü çərçivəsində təşkil olunan "Əlilliyi olan şəxslər üçün müstəqil həyat və inklüziv şəhərlər" mövzusuna həsr edilmiş tədbirdə deyib.

O qeyd edib ki, dünyanın bir çox yerində sadəcə kağız üzərində yazılmış siyasət artıq lazımlı deyil:

"Biz sosial problemlərə və humanitar böhranlara yanaşmalarımızı yeniləməliyik. Kiçik, lakin mənalı, görünən və aydın addımlarla başlayan praktik və həyata keçirilə bilən həll yollarına ehtiyacımız var. İnanıram ki, gələcəyin uğuru yalnız iqtisadi inkişafın sürəti və ya binaların hündürlüyü ilə ölçülməməlidir. Əsas göstərici hər bir insanın vəziyyətindən və imkanlarından asılı olmayaraq ləyaqət, müstəqillik və təhlükəsizlik içində yaşaya bilməsidir. Bu səbəbdən bugünkü görüşümüz sadəcə bir müzakirə deyil. Bu, inkişaf anlayışını yenidən müəyyən etmək üçün bir fürsətdir. Heç kəsi geridə qoymayan və inklüzivliyi əlavə seçim kimi deyil, real inkişafın təməli kimi qəbul edən bir inkişaf modeli qurmalıyıq".

Избранный
38
missiya.az

1Источники