RU

Bacıma niyə yazırsan? deyib ayağından bıçaqladı Sonra da öpüb, qucaqladı...

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Kürdəmir rayonunda 21 yaşlı oğlan bacısına mesaj yazan həmyerlisinə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Atakişili kəndində baş verib. 2005-ci il təvəllüdlü Sərdar kəndi ərazisində yerləşən istixananın arxa hissəsində Aqil (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisəyə səbəb Aqilin onun bacısı, 2010-cu il təvəllüdlü Ləmana sosial şəbəkədə mesaj yazması olub. Buna narazılığını bildirən Sərdar Aqilin ona kobud cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əlində olan bıçaqla onun ayağından bir dəfə vurub. İş üzrə izahat verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası ilə birlikdə Bakı şəhərində yaşayır:“Məlum hadisədən əvvəl Bakı şəhərində olarkən bacım Ləmanın sosial şəbəkədə Aqil ilə biri-birilərinə mesajlar yazdığını gördüm. Buna görə bacım ilə dalaşdım və sonra Bakıdan Kürdəmirə gəldim. Kürdəmir şəhərində, Heydər Əliyev parkının qarşında tanışım Ramal ilə görüşdüm. Ondan Aqilin mobil nömrəsini soruşdum. Ramal da Aqilin nömrəsini öyrənərək mənə dedi. Aqilə zəng edərək görüşmək istədiyimi bildirdim. Biz Kürdəmir rayonunda “Köhnə bazar” adlanan yerdə görüşməyi razılaşdıq. Mən tanışım Ramal ilə birlikdə əvvəllər tanıdığım Rasimin avtomobili ilə həmin yerə getdik. Həmin yerdə Aqil avtomobilə əyləşdi və mən Rasimdən avtomobili Kürdəmir rayonunun kəndi ərazisində yerləşən istixananın yanına aparmasını xahiş etdim”. Təqsirləndirilən şəxs deyib ki, 2025-ci ilin iyulun 27-də, gecə saat 00:30-da istixananın arxa hissəsində o, Ramal və Aqil avtomobildən yerə düşüb, Rasim isə avtomobildə oturaraq onları gözləyib:“Ramal da avtomobilin yanında qaldı. Avtomobildən təxminən 20-25 metr aralıda Aqildən hansı məqsədlə azyaşlı bacıma mesaj yazdığını və telefonla danşdırığını soruşaq öz iradımı bildirdim. Aqil isə mənə kobud cavab verdi. Əsəbləşərək əlimdə olan cib bıçağı ilə Aqilin ayağından bir dəfə vurdum. Bundan sonra Aqildən aralandım. Ramal isə Aqilə yaxınlaşaraq ona köməklik etdi. Bundan sonra bir-birimizdən bu məsələlərlə bağlı üzr istədik, sonra barışdıq. Bundan sonra Aqili köhnə bazar deyilən yerdə düşürdüm. Mən və Ramal gəldiyimiz avtomobil ilə evimizə getdik”. İş üzrə zərərçəkmiş Aqilin sözlərinə görə, Sərdarı tanısa da, aralarında heç bir münasibətləri olmayıb:“Mən hadisədən 1 ay əvvəl “Tik-tok” sosial şəbəkəsində Sərdarın bacısı Ləman ilə tanış olaraq yazışdım. Məlum hadisədən əvvəl Kürdəmir rayonu, köhnə bazar adlanan yerdə yerdə iş yerimdə yeməkxanada olarkən Sərdar zəng edərək görüşmək istədiyini dedi. Mən də razılaşdım. Telefon danışığından 20 dəqiqə sonra Sərdar gəldi və mən də işdən icazə alaraq onun gəldiyi avtomobilə əyləşərək Atakişili kəndi ərazisində yerləşən istixanana istiqamətinə getdik. Avtomobildə olan şəxslərin Ramal və avtomobili sürən şəxsin Rasim olduğuğunu bilmişəm”. Zərərçəkmiş deyib ki, iyulun 27-də, gecə saat 00:30-da onlar istixana ərazisinə çatdıqdan sonra Rasim avtomobil də qalıb:“Ramal da avtomobilin yanında qaldı. Mən və Sərdar isə onlardan təxminən 20-25 metr aralaşdıq. Sərdar məndən hansı səbəblə bacısına mesaj yazdığımı soruşdu və aramızda mübahisə yarandı. Mübahisə zamanı Sərdar əlində olan bıçaqla sol ayağımdan vuraraq mənə xəsarət yetirdi, oradan da uzaqlaşdı. Ramal yaxınlaşaraq mənə kömək etdi. Bir az sonra Sərdar da yaxınlaşaraq əsəbləşdiyi üçün məni vurduğunu dedi, məni qucaqladı. Bundan sonra gəldiyimiz avtomobilə əyləşərək köhnə bazar adlanan yerə gəldik. Mən orada avtomobildən  düşdüm, Sərdargil isə getdilər. Mən evə gəldikdən sonra hadisəni atama danışdım. Atam məni xəstəxanaya gətirərək yardım etdilər”.Zərərçəkmiş ifadəsində göstərib ki, təqsirləndirilən şəxs ilə aralarında barışıq olub, ona qarşı şikayəti yoxdur. O, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini, onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edib. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
demokrat.az

1Источники