Həmçinin "Google" şirkətinin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi layihələr diqqətə çatdırılıb. Bildirilib ki, "Rəqəmsal məktəb"də tətbiq olunan “Google for Education” alətləri bir sıra təhsil müəssisələrində tədris imkanlarının genişləndirilməsinə töhfə verib. Qeyd edək ki, 17-20 may tarixlərində keçirilən Dünya Təhsil Forumu “Ortaq gələcək üçün təhsil: sülh, planet, məqsəd və inkişaf yolları” mövzusuna həsr olunub.
