RU

Trampdan sonra Putin də Çinə gedir səbəb nədir? -ŞƏRH

Xəbər verdiyimiz kimi, ötən həftələrdə ABŞ Prezidenti Donald Tramp Çinə səfər edib və Çin başçısı Si Cinpin ilə görüşüb. Bu gün isə Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri gözlənilir.

Bəs Trampdan sonra Putinin Çinə səfəri hansı məqsədlədir?

Putinin Çinə gözlənilən səfərini Redaktor.az-a şərh edən politoloq Elşad Həsənov bildirdi ki, hazırda Ukrayna ilə müharibə aparan Rusiya Prezidenti Putin Çinə səfər edəcək.

Müsahibimiz hesab edir  ki, Tramp Çin rəhbəri Si Cinpinlə danışanda Rusiya-Ukrayna müharibəsi və onun dayandırılması ilə bağlı da müzakirələr aparıb:

"Güman ki, Tramp Si Cinpindən xahiş edib ki, o da Putinə təsir etsin və müharibəni dayandırmağa çalışsınlar. Çünki Çin Rusiyanın ən yaxın ticarət tərəfdaşlarından biridir. Rusiyanın neft və qazının böyük hissəsini Çin alır. Artıq Sibirin bəzi əraziləri çinli şirkətlərin istifadəsinə verilib. Bu ərazilər 49 illik icarəyə götürülüb. Rus şovinistləri hesab edirlər ki, Putin Sibiri faktiki olaraq Çinə satıb və Rusiyanın sərvətləri daşınıb aparılır.

Onun sözlərinə görə, bu səfərdə də Rusiya-Ukrayna müharibəsi və İran məsələsi müzakirə olunacaq:

"Çünki İran həm Çin, həm də Rusiya ilə strateji müttəfiqdir. Yeni dövrdə böyük güclərin bir-birinə edəcəyi güzəştlər və irəli sürəcəyi tələblər ciddi şəkildə müzakirə olunur. ABŞ və Çin arasında əsas məsələlərdən biri Tayvan problemidir. İndi isə İran məsələsi də ön plana çıxacaq.

Rusiyanın iqtisadi inkişafında Çinin rolunu nəzərə alaraq, tərəflər arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və hərbi əməkdaşlıq haqqında da danışıqlar aparılacaq. Bu danışıqlar dünyanın daha sabit və təhlükəsiz olması istiqamətində atılan addımlar kimi qiymətləndirilə bilər".

Aytəkin TOFİQQIZI

Избранный
5
50
redaktor.az

10Источники