RU

“Rəşad Sadıqovun final təcrübəsi yaxşıdır, amma bir az bəxtsizdir”

ain.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Zirə” Misli Premyer Liqasında mövsümü beşinci sırada bitirəcək. Azərbaycan Kubokunda da finalda uduzan “qartallar”ın avrokuboklardan kənarda qalacağı dəqiqləşib.

Komandanın sabiq futbolçusu Adrian Skarlatake ilə mövzu haqqında danışdıq:

– “Zirə” üçüncü dəfə bir finalda uduzdu. Matçı izlədiniz?

– Açığı, tam baxa bilmədim, amma icmalı izləmişəm. Gördüklərimdən onu deyə bilərəm ki, oyuna yaxşı başladılar, təxminən 30 dəqiqə üstün oynadılar. Lakin sonra “Sabah” üstünlüyü ələ aldı və oyunun sonlarında da geridönüş etməklə qələbə qazandılar.

– Sizcə, “Zirə” nə üçün üstünlüyünü qoruya bilmədi?

– “Sabah” bu mövsüm əla çıxış etdi. Onlar illərin dominantı “Qarabağ”ı çempionluq yarışında keçdilər. Komandanın hücum xəttində keyfiyyətli oyunçular var. “Zirə”də isə heyət müdafiəyönümlü oyunçulardan qurulmuşdu. Futbolda hər detal çox önəmlidir. “Sabah”ın hər iki qolu əla alındı. Xüsusilə, Mikelsin topla 70 metrə yaxın qaçışı çox gözəl idi.

– Komandanın baş məşqçisi Rəşad Sadıqov Azərbaycanda ən çox finallarda uduzan məşqçilər arasındadır. Bunu nə ilə əlaqələndirirsiniz?

– Finallar həmişə çətindir. Bir oyun olur və hər şey mümkündür. Yadımdadır, Azərbaycanda oynayanda 2013-cü ildə “Neftçi”yə qarşı final oynamışdıq və penaltilərdən sonra uduzmuşduq. Rəşad Sadıqovun final təcrübəsi yaxşıdır, amma bir az bəxtsizdir. Buna baxmayaraq, komandası hər il inkişaf edir.

– Liqada beşinci oldular və avrokuboklardan kənarda qaldılar. Sizcə, bu, “Zirə” üçün faciə sayılır?

– Xeyr. Rəşad Sadıqov yaxşı işlər görür, komanda oyun planında hər matçda artırır. Mövsümə yaxşı başladılar, ancaq heyətləri məncə, kifayət qədər geniş deyil. Buna görə artıq mövsümün sonuna yaxın xal itkiləri başladı. Hər il onlar yeni təcrübə qazanırlar. Sadıqov komandanı toparlamaq potensialındadır və inanıram ki, növbəti mövsüm daha güclü olacaqlar.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
futbolpress.az

1Источники