RU

İRAN RAZILAŞDI: Amma Amerika yox, Rusiya...

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

İran nüvə proqramının uzunmüddətli dondurulmasına razılıq verib və bu müddət ərzində 400 kq yüksək zənginləşdirilmiş uranın ABŞ-yə deyil, Rusiyaya ötürülməsi şərti ilə razılaşıb.

"Cebheinfo.az"-ın "Əl-Ərəbiyyə"-yə istinadən məlumatına görə, bu, Pakistan vasitəsilə Vaşinqtona çatdırılan İranın yenidən işlənmiş sülh təklifinin əsas detallarından biridir.

"Əl-Ərəbiyyə"yə sızan məlumatlara görə, yenidən işlənmiş təklif Tehranın özünü xilas etməsinə imkan verəcək uzunmüddətli, çoxmərhələli atəşkəsi nəzərdə tutur:

"İran nüvə proqramını dondurmağa hazırdır, lakin onu ləğv etməyə hazır deyil. 400 kq yüksək zənginləşdirilmiş uran Rusiyaya təhvil verilməlidir. Hörmüz boğazına gəldikdə, İran Pakistan və Omanın qarant kimi tədricən və təhlükəsiz şəkildə açılmasını təklif edir. Dəniz yolunun nüvə məsələsindən ayrılması təklif olunur".

Nüvə proqramı və uranın zənginləşdirilməsi kimi daha mürəkkəb məsələlər danışıqların sonrakı mərhələlərinə qədər təxirə salınıb.

"Axios"un məlumatına görə, ABŞ rəsmisi yenidən işlənmiş təklifi əvvəlki versiyaya nisbətən yalnız kiçik bir irəliləyiş hesab edir. Bu, razılığa gəlmək üçün kifayət deyil. Vaşinqton indiyə qədər İranın dondurulmuş aktivlərinin yalnız dörddə birinin isitfadəsinə razılıq verib və Tehran bu mövqeyin yenidən nəzərdən keçirilməsini istəyir.

İranın "Tasnim" xəbər agentliyi ABŞ-nin danışıqlar zamanı neft sanksiyalarından müvəqqəti olaraq imtinaya razılıq verdiyini bildirib; İran tərəfi bunu təsdiqləməyib.

İsrail isə Trampın əsas təhlükəsizlik məsələlərini həll etmədən Tehranla güzəşt razılığına gələcəyindən narahatdır. Tramp administrasiyası daxilində də fikir ayrılığı var; bəzi rəsmilər, xüsusən də Pentaqon nümayəndələri İrana qarşı daha sərt mövqe tutur, digərləri isə diplomatiyanı müdafiə edir.

Bu arada Tramp İran üçün vaxtın bitdiyini bəyan edib və Tehrandan yenilənmiş təklif gözləyərkən "daha yaxşı bir razılaşma"dan imtina edəcəyi təqdirdə nəticələrlə hədələyib.

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
64
26
cebheinfo.az

10Источники