RU

ABŞ-də İslam Mərkəzindəki atışmada 3 nəfər həlak olub

Kaliforniya ştatının San-Dieqo şəhərində İslam Mərkəzində baş verən atışma nəticəsində üç nəfər həlak olub.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "ABC News" telekanalı məlumat yayıb.

Məlumata görə, hücum edən iki yeniyetmə olub, onlar daha sonra özlərini öldürüblər.

Həlak olanlardan biri mərkəzin mühafizəçisi olub. Yerli polis nümayəndələrinin sözlərinə görə, o, atışmanın daha ciddi fəsadlarının qarşısının alınmasında "həlledici rol" oynayıb.

İnsidentin başvermə şəraiti araşdırılır.

Избранный
78
2
anspress.com

3Источники