RU

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

“Turan Tovuz” Misli Premyer Liqasında sonuncu - 33-cü turunda “Sabah”la ev oyununun məkanının dəyişdirilməsi ilə bağlı açıqlama yayıb.

Sportal.az xəbər verir ki, rəsmi məlumatda belə qeyd edilib:

“Avrokuboklara idman və infrastruktur baxımdan daha yaxşı hazırlaşmaq məqsədilə “Turan Tovuz" - "Sabah" oyunun məkanında dəyişiklik edilib.

Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işlərinin ləngiməməsi üçün Peşəkar Futbol Liqasına müraciətimizə əsasən Misli Premyer Liqasının 33-xü turunun "Turan Tovuz" - "Sabah" oyunu Bank Respublika Arenada keçiriləcək.

Dəyərli "Turan" ailəsi!

Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün işlər gücləndirilmiş iş rejimində həyata keçirilir. Məqsədimiz avrokubok oyununu doğma meydanda keçirməkdir”.

Xatırladaq ki, 2026/27 mövsümündə "Turan Tovuz" Azərbaycanı UEFA-nın Konfrans Liqasında təmsil edəcək. 

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
5
sportal.az

6Источники