Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin "Qalleon" restoran-gəmisi Kiyev bölgəsində batıb.
Publika.az xəbər verir ki, gəmi yarıya qədər suyun altında qalıb və su üzən restoranın aşağı qapı və pəncərələrinin səviyyəsinə çatıb.
Sabiq dövlət başçısının restoranının batmasının səbəbi məlum deyil.
Məlumata görə, Kiyev bölgəsindəki üzən iqamətgah 2007-ci ilə qədər dövlətə məxsus olub, daha sonra Yanukoviçin mülkiyyətinə keçib.