RU

İran Hörmüz boğazında qaydaları dəyişir: Yeni idarə yaradıldı

ain.az bildirir, Sitat.info portalına istinadən.

İran İnqilab Keşikçiləri Donanması Hörmüz Boğazının idarə olunması üçün yeni bir qurum yaradıldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, quruma “Hörmüz Boğazı Su Yolu İdarəsi (PGSA)” adı verilib.

Məlumata görə, bu qurum boğazdan keçən gəmilərin hərəkətini izləyəcək və qaydalar barədə məlumat verəcək. Bunun üçün rəsmi onlayn hesab da açılıb.

İran tərəfi bildirir ki, gəmilər Hörmüz Boğazından keçmək üçün əvvəlcədən məlumatlandırılacaq və icazə sistemi tətbiq oluna bilər.

Qeyd olunur ki, ABŞ ilə İran arasında gərginlik fonunda bölgədə dəniz hərəkətləri və enerji daşımaları ciddi şəkildə nəzarət altına alınıb.

Son dövrlərdə boğazdan keçidlərə məhdudiyyətlər və qarşılıqlı hərbi gərginliklər də müşahidə olunur.

Tehran,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
18
sitat.info

10Источники