RU

İsveçin məşhur şirkəti 850 işçini ixtisar edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

İsveç mebel nəhəngi "IKEA" artan xərc təzyiqi səbəbindən 850 işçisini işdən çıxarmaq qərarına gəlib.

Banco.az xəbər verir ki, şirkətin ümumi işçi qüvvəsinin təxminən 3%-ni əhatə edən bu ixtisarlarla qərar qəbuletmə proseslərini sürətləndirmək və səmərəliliyi artırmaq məqsədi daşıyır.

İşdən çıxarılacaq 850 nəfərdən 300-ü şirkətin 1943-cü ildə təsis edildiyi İsveçdəki IKEA-nın Almhult qərargahında çalışır. Digər tərəfdən, həm "Inter IKEA", həm də onun ən böyük françayzinq tərəfdaşı "Ingka Group", IKEA-nın satışlarında ardıcıl ikinci dəfə azalma yaşamasından sonra ötən ilin sonunda baş direktorlarını dəyişib. "

"Ingka Group" həmçinin mart ayında 800 ofis işçisini işdən çıxaracağını açıqlayıb.

Избранный
10
1
banco.az

2Источники