RU

Cibimizdəki təhlükə! Doğum göstəriciləri niyə hər yerdə eyni anda azalır?

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Financial Times" qəzetinin araşdırmasına görə, dünyada doğum göstəricilərinin eyni vaxtda aşağı düşməsində smartfonlar və sosial medianın yayılması mühüm rol oynayır. Araşdırmada bildirilir ki, rəqəmsal media insanların üzbəüz ünsiyyətini azaldır, bu isə romantik münasibətlərə və nəticədə doğuş saylarına mənfi təsir göstərir.

Sherg.az xəbər verir ki, məlumata görə, dünya üzrə 195 ölkənin üçdə ikisindən çoxunda qadın başına düşən uşaq sayı əhalinin sabit qalması üçün lazım olan 2,1 səviyyəsindən aşağı enib. 66 ölkədə isə bu göstərici artıq bir uşağa yaxınlaşıb.

Xüsusilə Cənubi Koreya nümunəsi diqqət çəkir. BMT 2023-cü ildə ölkədə 350 min doğum proqnozlaşdırsa da, real rəqəm cəmi 230 min olub. Bu, azalmanın gözləniləndən qat-qat sürətli getdiyini göstərir.

Araşdırmada vurğulanır ki, problem artıq yalnız zəngin ölkələrin deyil. Meksika, Brazilya, Iran, Tunis və Şri- Lanka kimi ölkələrdə də doğum göstəriciləri sürətlə azalır. Mütəxəssislər bunu “zənginləşmədən qocalan cəmiyyət” problemi kimi qiymətləndirirlər.

Tədqiqatçılar bildirirlər ki, iqtisadi səbəblər - mənzil böhranı, yüksək yaşam xərcləri, uşaq böyütməyin bahalaşması mühüm amillər olsa da, təkbaşına kifayət etmir. ABŞ və İngiltərədə 4G internetin yayılmasından sonra doğum göstəricilərinin ən sürətli şəkildə məhz internet istifadəsinin artdığı bölgələrdə azaldığı qeyd olunur.

Ekspertlərə görə, smartfonlar gənclərin sosiallaşmasını zəiflədir:

insanlar daha az üzbəüz görüşür;

münasibət qurmaq gecikir;

evlilik yaşı artır;

tək yaşayanların sayı çoxalır.

Demoqraf Lyman Stoneun sözlərinə görə, “evlənəcəyin insanı tapmaq üçün çox insanla tanış olmaq lazımdır. Daha az sosiallaşanda uyğun tərəfdaş tapmaq daha uzun çəkir”.

Araşdırmada sosial medianın xüsusilə gənc qadınların münasibətlərə dair gözləntilərini dəyişdirdiyi də vurğulanır. Instagram və TikTok kimi platformaların münasibətlərə dair standartları yüksəltdiyi, bunun isə kişi və qadınlar arasında ideoloji və sosial fərqləri dərinləşdirdiyi bildirilir.

Mütəxəssislər hesab edir ki, doğuşların azalması gələcəkdə işçi qüvvəsinin kiçilməsinə,iqtisadi artımın zəifləməsinə, pensiya və sosial xərclərin artmasına, yaşlı əhalinin çoxalmasına səbəb olacaq.

Xüsusilə Yapanoniya nümunəsi göstərilir. Ölkənin uzunmüddətli iqtisadi durğunluğunun əsas səbəblərindən biri kimi aşağı doğum səviyyəsi və əmək qabiliyyətli əhalinin azalması göstərilir.

“Cibimizdəki təhdid” ifadəsi ilə nəzərdə tutulan əsas məsələ smartfonlar və rəqəmsal həyatın insanların sosial davranışlarını dəyişdirməsidir. Son illərdə dünyanın bir çox ölkəsində doğum göstəricilərinin eyni vaxtda azalmasının səbəbi kimi bir neçə amil göstərilir:

iqtisadi çətinliklər,

mənzil böhranı,

evlilik yaşının yüksəlməsi,

sosial medianın təsiri,

insanların daha az sosiallaşması.

"Financial Times" tərəfindən yayımlanan araşdırmada qeyd olunur ki, smartfon və sosial media istifadəsinin artması gənclərin üzbəüz ünsiyyətini azaldıb. Bu isə romantik münasibətlərin qurulmasını çətinləşdirir və ailə qurma prosesini gecikdirir.

Araşdırmalara görə, 4G internetin yayılmasından sonra doğum göstəricilərində sürətli eniş başlayıb.

Gənclər əvvəlki nəsillərlə müqayisədə daha az görüşür və daha gec evlənirlər. Xüsusilə Instagram və TikTok kimi platformalar münasibətlərə dair gözləntiləri dəyişdirib.

Mütəxəssislər bildirirlər ki, problem yalnız zəngin ölkələrdə deyil. Meksika, Brazilya, Iran, Tunis və Şri- Lanka kimi ölkələrdə də doğum səviyyəsi sürətlə aşağı düşür.

Ekspertlərin fikrincə, aşağı doğum göstəriciləri gələcəkdə:

işçi qüvvəsinin azalmasına,

iqtisadi artımın zəifləməsinə,

yaşlı əhalinin artmasına,

sosial xərclərin çoxalmasına səbəb ola bilər.

Demoqraflar hesab edir ki, insanların çoxu hələ də ailə və uşaq sahibi olmaq istəyir, lakin müasir həyat tərzi, iqtisadi yük və rəqəmsal dünyanın təsiri buna mane olur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
sherg.az

1Источники