RU

ABŞ kosmosa 7800 müdafiə peyki yerləşdirməyi planlaşdırır

ABŞ "Qızıl Günbəz" raketdən müdafiə sistemi çərçivəsində kosmosa 7800 tutucu peyk yerləşdirməyi planlaşdırır.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, layihə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanıb.

Sistem düşmən raketlərini uçuşun ilkin mərhələsində məhv etməyə hesablanıb. Peyklərin orbitdə təxminən 5 il fəaliyyət göstərəcəyi, hər il isə 1600 yeni peykin buraxılacağı bildirilir.

Konqresin Büdcə İdarəsinin hesablamasına görə, layihənin ümumi dəyəri 1,2 trilyon dollar ola bilər. Bununla yanaşı, hesabatda sistemin böyük nüvə hücumlarına qarşı tam müdafiə təmin etməyəcəyi qeyd olunub.

Избранный
29
day.az

1Источники