Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 650,2 min ABŞ dolları dəyərində 530 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 18 % azdır.Hesabat dövründə Azərbaycan Belarusdan 293,5 min ABŞ dolları dəyərində 239,4 ton, Rumıniyadan 206,8 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 46 % çox) 168,7 ton (+46 %), Rusiyadan 150 min ABŞ dolları dəyərində (-49 %) 122,3 ton (-49 %) və benzin alıb.Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Belarusdan tədarükü bərpa edib.2025-ci ildə Azərbaycana idxal edilmiş "Aİ-98" benzinin 45,2 %-i Rumıniyanın, 40,1 %-i Rusiyanın payına düşüb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта