AZ

Benzinlə bağlı RƏSMİ MƏLUMAT

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 650,2 min ABŞ dolları dəyərində 530 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.

 

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 19 %, kəmiyyət olaraq – 18 % azdır.

 

Hesabat dövründə Azərbaycan Belarusdan 293,5 min ABŞ dolları dəyərində 239,4 ton, Rumıniyadan 206,8 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 46 % çox) 168,7 ton (+46 %), Rusiyadan 150 min ABŞ dolları dəyərində (-49 %) 122,3 ton (-49 %) və benzin alıb.

 

Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Belarusdan tədarükü bərpa edib.

 

2025-ci ildə Azərbaycana idxal edilmiş "Aİ-98" benzinin 45,2 %-i Rumıniyanın, 40,1 %-i Rusiyanın payına düşüb.

Tarix: 18 May 2026, 14:47   
Seçilən
0
14
pravda.az

10Mənbələr