RU

Tramp: “İran müqavilə imzalamağa can atır”

ain.az, Turkstan.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp İranla mümkün danışıqlarla bağlı açıqlama verərək bildirib ki, Tehran saziş imzalamaqda maraqlıdır.

Turkustan.az xəbər verir ki, Tramp deyib: “Sizə bir şeyi deyə bilərəm ki, onlar müqaviləni imzalamağa can atırlar.” O, iranlılara istinad edərək əlavə edib: “Onlar həmişə qışqırır və hay-küy salırlar.”

“American Fortune” jurnalına verdiyi və Oval kabinetdə keçirilən bir saatlıq müsahibədə Tramp İranla mümkün razılaşma barədə də danışıb. O, qeyd edib ki, İran tərəfi müqavilə bağladıqdan sonra əvvəlki razılaşmalara uyğun olmayan yeni sənədlər təqdim edir və bunu tənqid edib.

Eyni zamanda, Pakistan mənbələrinə istinadən bildirilir ki, Pakistan tərəfi İranın yenilənmiş təklifini ABŞ-ın paytaxtı Vaşinqtona çatdırıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
icma.az

2Источники