RU

Zelenski: Rusiya məni öldürmək istəyir - İrandan sonra...

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın ali siyasi rəhbərliyinə qarşı suiqəsd planları hazırladığını iddia edib.

Musavat.com xəbər verir ki, Zelenski bu barədə son açıqlamasında danışıb. Onun sözlərinə görə, Moskva uzun müddətdir Ukrayna rəhbərliyinə qarşı planlar üzərində işləyir.

“Onlar bu planı çoxdan hazırlayırlar. İndi isə İrandan sonra yenidən fəallaşıblar. Harada olduğumuzu, hara getdiyimizi araşdırırlar. Eyni şey Ukrayna rəhbərliyindəki digər şəxslər, kəşfiyyat və xüsusi xidmət orqanlarımız üçün də keçərlidir”, - deyə Ukrayna prezidenti bildirib.

Zelenski qeyd edib ki, bütün təhdidlərə baxmayaraq, Ukrayna müstəqilliyindən geri çəkilməyəcək.

“Ukraynalılar öz müstəqilliklərini təslim etməyəcəklər – Bankova ilə və ya Bankovasız”, - deyə o vurğulayıb.

Qeyd edək ki, “Bankova” ifadəsi Ukrayna prezident administrasiyasının yerləşdiyi küçənin adı ilə bağlıdır və simvolik olaraq ölkə rəhbərliyini ifadə edir.

Son aylarda Ukrayna xüsusi xidmət orqanları dəfələrlə prezident Volodimir Zelenskiyə və digər yüksəkvəzifəli şəxslərə qarşı mümkün suiqəsd planlarının qarşısının alındığını açıqlayıb. Kiyev Rusiyanın Ukrayna daxilində agentura şəbəkələri vasitəsilə belə planlar hazırladığını iddia edir.

Rusiya tərəfi isə indiyədək bu ittihamlara rəsmi münasibət bildirməyib.

Musavat.com

Избранный
66
29
musavat.com

10Источники