AZ

"Zelenski öldürülsə, Rusiya..." - ŞOK AÇIQLAMA

Volodimir Zelenski Rusiya xüsusi xidmət orqanlarının Ukraynanın ali rəhbərliyinə qarşı genişmiqyaslı sui-qəsd planlaşdırdığını bəyan edib.

Zelenskinin sözlərinə görə, Rusiya tərəfi hazırda hədəf qrupuna daxil olan şəxslərin koordinatlarını və hərəkət trayektoriyasını fəal şəkildə izləyir:

"Rusiyalılar hazırda bizim harada yerləşdiyimizi, harada olduğumuzu və hara getdiyimizi intensiv şəkildə axtarırlar".

Ukrayna lideri bildirib ki, ölüm təhlükəsi təkcə onun şəxsini əhatə etmir. Kremllə bağlı sui-qəsd planlarının hədəfində Ukraynanın digər yüksək rütbəli dövlət rəsmiləri, ordu komandanlığı, kəşfiyyat rəhbərliyi və xüsusi xidmət orqanlarının rəhbər şəxsləri də yer alır.

Hərbi və siyasi ekspertlər bu açıqlamanı Kiyevdə təhlükəsizlik tədbirlərinin ən yüksək - "qırmızı" səviyyəyə qaldırılmasının rəsmi siqnalı kimi qiymətləndirirlər. Bildirilir ki, Ukrayna daxilində rusiyalı agentura şəbəkəsinin və diversant qruplarının zərərsizləşdirilməsi üçün xüsusi əməliyyatlar daha da gücləndirilib.

Sui-qəsd həyata keçirilərsə, Zelenskinin yoxluğu müharibədə vəziyyətə necə təsir göstərə bilər?

elxan.jpg

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, sui-qəsd kimi təxribatlara hazırlıq getdiyi barədə ola bilsin Qərb kəşfiyyatı Zelenskini məlumatlandırıb:

"Rusiya prezidenti 9 may paradından sonra Kremldə ayaqüstü jurnalistlərin suallarını cavablandıran zaman Ukrayna ilə bağlı ziddiyyətli fikirlər söyləmişdi. Putin Zelenskini Moskvaya dəvət etmişdi. Rusiya əslində özünü tələyə salıb, ordusu irəliləyə bilmir, Ukrayna hücumlarını artırıb, zərbələr endirir. Ona görə də ola bilsin Moskvada təxribatlar haqqında hansısa planlar cızılır. Bu planlara Ukrayna prezidentinə qarşı sui-qəsd hazırlanması da daxil ola bilər. Bundan da yəqin Zelenskinin məlumatı var. Yaxud da Qərb kəşfiyyatının məlumatı var ki, məlumatları Zelenski ilə bölüşürlər. Lakin Zelenskiyə və ya Ukraynanın rəhbərliyinə daxil olan digər hər hansı şəxslərə qarşı sui-qəsd planları əleyhinə Ukrayna da ciddi hazırlaşır. Sui-qəsd hətta reallaşdırılsa belə, bu, Rusiyanı hazırkı vəziyyətdən çıxarmayacaq və Ukraynanın çöküşünə gətirməyəcək".

Etibar Seyidağa,
Musavat.com

Seçilən
11
29
musavat.com

10Mənbələr