RU

İşçi xəbərdarlıq etmədən işdən çıxa bilər?

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Əmək münasibətlərində tez-tez rast gəlinən məsələlərdən biri də işçinin qəfil işdən ayrılmasıdır. Bu isə “işçi əvvəlcədən xəbərdarlıq etmədən işdən çıxa bilərmi?” sualını aktuallaşdırır.

Gununsesi.info-ya danışan hüquqşünas Tural Həsənovun sözlərinə görə, əmək qanunvericiliyinə əsasən işçi əmək müqaviləsinə xitam vermək istədikdə müəyyən müddət əvvəl işəgötürəni məlumatlandırmalıdır.

O bildirib ki, ümumi qaydaya görə işçi ən azı bir ay əvvəl yazılı ərizə təqdim etməlidir. Lakin tərəflərin qarşılıqlı razılığı olduqda daha qısa müddətdə də əmək münasibətlərinə xitam verilə bilər.

Hüquqşünas qeyd edib ki, xəbərdarlıq edilmədən işin tərk olunması bəzi hallarda işçi ilə işəgötürən arasında mübahisəyə səbəb ola bilər.

“Əmək münasibətlərində həm işçinin, həm də işəgötürənin hüquqları qanunla qorunur. Buna görə proses qanuni qaydada aparılmalıdır,” – deyə o əlavə edib.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
icma.az

1Источники