Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Mayın əvvəlində U-17-nin məşqçi korpusunda iki ayrılıq yaşanıb. Belə ki, baş məşqçi Aqil Nəbiyevlə müqavilənin müddəti iyulun 1-dək uzadılsa da, köməkçi-məşqçi Emin İmaməliyevlə qapıçılarla iş üzrə məşqçi Elşən Poladov komandadan uzaqlaşdırılıb. Digər köməkçilər, daha dəqiqi, Emin Mustafayev və fiziki hazırlıq üzrə məşqçi Cəmil Hacıyev isə vəzifəsində qalıb.Maraqlıdı ki, dəyişiklik yığmanın aprelin 20-30-u aralığında Qazaxıstanın Çimkənd şəhərində keçirilmiş İnkişaf turnirində iştirakından sonra baş verib. Bunun səbəbini öyrənmək üçün Aqil bəylə əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:
"Ciddi problem yoxdu. Elgiz Kərəmli "Şəfa" ilə anlaşandan sonra Samir Əliyevlə çalışmış Emin İmaməliyevlə anlaşmışdıq. Müqavilə müddəti başa çatandan sonra yeniləmədik. Elşən Poladovla isə bəzi fikirlərimiz üst-üstə düşmədi. Qısa müddətdə yeni təyinatlar olacaq".
Xatırladaq ki, Elşən Poladovla Emin İmaməliyev U-17 yığmasında 2025-ci ildən çalışırdı.KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.