RU

İsraildə ölüm hökmünün tətbiqi rəsmiləşdi

İsrailin Mərkəzi Hərbi Dairəsinin komandanı, general-mayor Avi Blot İordan çayının qərb sahilində təhlükəsizlik tədbirləri ilə bağlı fərmana düzəlişlər edildiyini təsdiqləyib. Bununla da Knessetdə terrorçular üçün ölüm hökmü haqqında qanunun praktik tətbiqinə start verilib.

Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin müdafiə naziri İsrail Katzın göstərişi ilə imzalanan düzəliş “İudeya və Samariya” adlandırılan Qərb sahilində terrorçulara qarşı ölüm hökmünün tətbiqinə imkan verəcək.

“Terrordan məsul olan şəxslərə qarşı ölüm hökmü qanunu qüvvəyə minir. Bu qərar İsrailin siyasətində açıq və qəti dəyişiklikdir”, - deyə məlumatda vurğulanıb.

Nazirlik qeyd edib ki, qərar HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq qəbul edilib.

Избранный
5
1
publika.az

2Источники