RU

Çinin cənubunda zəlzələ baş verib, minlərlə insan təxliyə edilib

Çinin Quansi Çjuan Muxtar rayonunda baş verən 5,2 bal gücündə zəlzələdən sonra 7 mindən çox insan təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Nanfang Ribao” qəzeti məlumat yayıb.

Məlumata görə, üç nəfər hələ də itkin düşmüş hesab olunur.

Zəlzələ nəticəsində azı 13 yaşayış binasına ciddi ziyan dəyib. Dörd nəfər xəstəxanaya yerləşdirilib. Xilasetmə xidmətləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Çin Zəlzələ Administrasiyası zəlzələ ilə əlaqədar dördpilləli fövqəladə reaksiya sistemində üçüncü səviyyəli xəbərdarlıq rejimi elan edib. Bu sistemdə birinci səviyyə ən yüksək təhlükə dərəcəsi hesab olunur.

Zəlzələ mayın 18-nə keçən gecə baş verib. Yeraltı təkanların episentri Liuzhou şəhərinin Liunan rayonunda yerləşib. Zəlzələ ocağı 8 kilometr dərinlikdə qeydə alınıb.

Liuzhou şəhərində 4 milyondan çox insan yaşayır.

Избранный
12
2
yeniazerbaycan.com

10Источники